Hava şəraiti qeyri-sabit keçəcək, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin qeyri-sabit keçməsi haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal var.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37