Hava şəraiti dəyişəcək, leysan və dolu yağacaq - XƏBƏRDARLIQ

İyulun 30-u axşamdan 31-i gündüzədək bəzi şimal və şərq rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22