Hava şəraiti dəyişəcək, yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 22-si və 24-də şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.

Yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37