Umayra Tağıyeva: "Hava proqnozu üçün ölkə üzrə 1 000-dən artıq heyət çalışır"

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakıda olan Proqnozlar bürosunda 56 nəfər fəaliyyət göstərir”.

“Report” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, hava proqnozunun ərsəyə gəlməsi üçün respublikada 1 000-dən artıq heyət çalışır:

“Hava proqnozunun verilməsi ən ucqar kənddə olan müşahidəçinin belə əməyi var. Çətin yerlərdə, yüksək dağlıq ərazilərdə çalışan mütəxəssislər və müşahidəçilərimiz işləyir”.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22