Hacıqabulda ağacəkmə aksiyası keçirilib

Hacıqabul Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı-Qazax yolunun Hacıqabul rayon mərkəzi ilə birləşən hissəsində ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Nazirliyin, Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada ETSN-in tinglik müəssisələrində yetişdirilən 2000-ə yaxın Eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına nail olmaq, ictimaiyyətin diqqətini yeni yaşıllıqların salınmasına və qorunmasına yönəltməkdir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37