Leysan Pirsaat çayında fəsadlar törədib

Leysan xarakterli yağışlar Hacıqabul rayonun ərazisindən keçən Pirsaat çayında fəsadlar törədib.

“Report”un Aran bürosunun məlumatına görə, son günlər aramsız yağan leysan xarakterli yağışlar rayonun Udullu vahidliyinin ərazisindən keçən hissəsində Pirsaat çayında suyun daşmasına səbəb olub.

Sakinlərin sözlərinə görə, sel nəticəsində çayqırağı bir neçə həyətyanı sahə, nar bağları, elektrik dirəkləri su altında qalıb. Qubalıya gedən yol su altında qaldığından kəndlə əlaqə kəsilib.

Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19