Gürcüstan Prezidenti Tbilisi Cümə məscidində müsəlmanların Ramazan bayramını təbrik edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisi Cümə məscidinə baş çəkib.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Yasin Əliyev bildirib ki, müsəlmanlar müqəddəs Ramazan bayramını böyük təntənə ilə qeyd edirlər. O, Gürcüstan prezidentinin ölkə müsəlmanları ilə birgə Ramazan bayramını qeyd etməsini ikiqat bayram adlandırıb.

S.Zurabişvili öz növbəsində deyib ki, müsəlmanları Ramazan bayramı münasibətilə şəxsən təbrik etmək onun vəzifəsidir:

“Mən bura gəlib vətəndaşlarımızla bayram etməyi özümə borc bilirəm. Gürcüstan şiələr və sünnilərin Ramazan bayramını birgə qeyd etdiyi ölkələrdən biridir. Müasir dünyada bu həqiqətən də diqqətəlayiqdir. Gürcüstanın mərhəmətli ölkə olması bizim birgə nailiyyətimizdir”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20