Güclü duman Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib

Biləsuvar və Cəlilabad rayonlarda dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.

"Report"un Muğan bürosunun məlumatına görə, duman axşam saatlarından etibarən Biləsuvar və Cəlilabad rayonu ərazisində müşahidə edilir.

Görmə məsafəsi xeyli azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.

Qeyd edək ki, dumanlı hava şəraiti həmçinin köhnə Ələt-Astara avtomobil yolunun sözügedən rayonlardan keçən hissəsində də müşahidə olunur.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58