Göyçayda taxta sexində qanunsuz əldə edilən işlik meşə materialı aşkarlanıb

Göyçay rayonunun Şəhadət kəndində vətəndaş Bəhruz Məmmədova məxsus taxta emalı sexində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində işlik meşə materialı müəyyən edilib.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Faktla bağlı akt, protokol tərtib olunub və B.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.

İşlik meşə materialının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29