Goranboyda məişət tullantılarını əraziyə atan şəxs 500 manat cərimələnib

Bakı. 13 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Goranboy rayonu Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıları əraziyə rayon sakini Şahin Arazov tərəfindən atıldığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimə edilib. Qısa vaxt ərzində tullantıların ərazidən təmizlənməsi üçün Ş.Arazova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24