Goranboyda leysan nəticəsində fəsadlar yaranıb

Goranboyda yağan leysan nəticəsində fəsadlar yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, leysan Goranboy - Aşağı Ağcakənd avtomobil yolunun Aşağı Ağcakənd qəsəbəsi hissəsində qum-çınqıl yolu tutaraq avtomobillərin hərəkətində maneələr yaradıb.

Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası tərəfindən yerində monitorinq keçirilib və müvafiq texnikalar əraziyə cəlb edilməklə, yolda bərpa işləri aparılıb, yolun hərəkəti təmin edilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34