Gəncəyə 6 ildən sonra güclü qar yağır

Gəncə şəhərində küləklə müşahidə olunan qar yağır.

"Report"un Qərb mərkəzinin məlumatına görə, qar ciddi fəsadlar törətməsə də küləklə müşahidə olunan yağıntı avtomobillərin hərəkətində çətinliklər yaradır. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyd edək ki, Gəncə şəhərində sonuncu dəfə 2016-ci ildə bu cür qar yağıb.

Hazırda Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlarda da yağıntılı hava şəraiti davam edir.

Digər xəbərlər

Sabah hava çiskinli olacaq 26 fevral, 2026 / 12:31
Sabah hava yağmursuz olacaq 25 fevral, 2026 / 12:31
Sabah hava çiskinli olacaq 24 fevral, 2026 / 12:27
Sabah Bakıda hava çiskinli olacaq 23 fevral, 2026 / 12:23