Gəncədə qanunsuz gəc mineral xammalı götürən tikinti şirkəti cərimələnib

Gəncədə qanunsuz gəc mineral xammalı götürən tikinti şirkəti cərimələnib.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşları nəzarət tədbirləri zamanı Gəncə şəhəri, "Şıxdüzü" adlanan ərazidə "Abadlıq" Tikinti Materialları İstehsalı Firmasının qazıntı işləri aparılaraq qanunsuz gəc mineral xammalı götürdüyünü aşkarlayıb.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, faktla bağlı akt tərtib olunub.

Firmanın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02