Gəncədə ağacları zədələyən şəxs cərimələnib

Bakı. 24 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Gəncə şəhər Nizami rayonu ərazisində aparılan tikinti abadlaşdırma işləri zamanı iri diametrli 5 Eldar şamı ağacının zədələndiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Samir Hacıyev tərəfindən tikinti işləri aparılarkən zədələndiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 1000 manat məbləğində cərimə olunub. Ağaclara aqrotexniki xidmət göstərilməsi məqsədilə S.Hacıyevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37