Gəncədə ağacəkmə aksiyası keçirilib

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

"Report"un yerli bürosunun məlumatına görə, aksiyada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə və təşkilatların kollektivləri, tələbə-gənclər, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri yaxından iştirak edib.

Nizami Gəncəvi Məqbərəsinin ətrafı və şəhərin müxtəlif ərazilərində keçirilən aksiyada gün ərzində 9600 ağac və gül kolu əkilib. Əkilən ağaclar Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigenlə zənginləşməsində xüsusi rolu olan xan çinar, sərv, şamdan ibarət olub.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38