Laçın, Cəbrayıl və Zəngilanda ağacəkmə aksiyaları keçirilib

İşğaldan azad edilmiş Laçın, Cəbrayıl və Zəngilan rayonlarında "Gələcəyə nəfəs!" şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə ağacəkmə aksiyaları təşkil edilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Bildirilib ki, aksiya zamanı ETSN-in əməkdaşları tərəfindən Laçın şəhərində 1111 ağac, Cəbrayıl rayonunda “Dostluq Meşəsi” Kompleksinin layihə ərazisində 1111, eləcə də Zəngilan rayonunda 1111 Eldar şamı, Xan çinarı, həmişəyaşıl sərv tingləri əkilib. Əkilən tinglər Meşə Təsərrüfatı mərkəzlərinin və “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tinglik sahələrində yetişdirilib.

Zəngilan rayonunda keçirilən ağacəkmə aksiyasında Ağalı kəndinin sakinləri də iştirak ediblər.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20