Fransada hava təhlükəsi elan olunub

Fransanın orta və şimal regionlarına aid 32 departamentində gözlənilən qar və çovğunla bağlı ikinci - naringi təhlükə elan olunub.

“Report” xəbər verir ki, bu barədə “Meteo France” dövlət xidməti açıqlama verib.

“Bu gün səhərdən ölkənin əksər hissəsində havanın mənfi hərarəti müşahidə olunur. O cümlədən Yuxarı Normandi bölgəsində, paytaxt Parisin yerləşdiyi İl de Frans bölgəsinin qərbində qar yağıb”.

İl de Frans bölgəsi ərazisində 15 sm-dək qar yağacağı qeyd olunur.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02