Fransada fevral ayı üçün yeni temperatur rekordu qeydə alınıb

Paris. 28 mart. REPORT.AZ/ Fransada fevral ayı üçün yeni temperatur rekordu qeydə alınıb.

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, Fransa Milli Meteorologiya Mərkəzinin məlumatına görə, fevralın 27-si günorta saatlarında +21,3 dərəcə temperatur qeydə alınıb ki, bu da indiyədək Fransa üçün sözügedən ayda ən yüksək göstərici olub.

Bu vaxtadək fevral ayında ən isti il 1960-cı il 26 fevralda müşahidə edilib. Həmin vaxt temperatur +20.2 dərəcə olub.

Fevralın 27-də Fransadan başqa qonşu ölkələrdə də hava çox isti keçib. Böyük Britaniyanın paytaxtı Londonda havanın temperaturu +21.2 dərəcəyə çatıb.

Bir çox ekspertlərin rəyinə görə, havanın temperaturunun bu dərəcədə yüksək olması planetdəki istiləşmə ilə əlaqəlidir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02