Firudin Əliyev: “Ov üçün icazə hansı günə alınırsa, həmin gün də istifadə edilməlidir”

“Ov icazəsi hansı günə alınırsa, həmin gün də istifadə edilməlidir. Əks təqdirdə, yenidən icazə alınmalıdır”.

“Report” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəhbəri Firudin Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, bu qayda sui-istifadə hallarının qarşısını almaq üçündür: “Həmin liseynziyada qeyd olunan ərazi üzrə ovlanacaq heyvanların sayında dəyişiklik edilməməsi, qayda pozuntularının olmaması və ekologiyanın yerli qurumları tərəfindən nəzarətin təşkil edilməsi üçün lisenziyada hansı tarix, ərazi göstərilirsə, həmin formada ov təşkil olunmalıdır. Tarix dəyişsə, vətəndaş yerli ekologiya orqanlarına yenidən müraciət etməlidir”.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24