Fevralın 20-dən intensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37