Havanın temperaturu 23 dərəcəyədək yüksələcək

Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37