Bölgələrdə küləyin sürəti saniyədə 30 metrə çatır - Faktiki hava

Ölkədə faktiki hava şəraiti açıqlanıb.

Bu barədə "Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Sentyabrın 2-si saat 22:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Tovuzda arabir 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Ağdam, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöldə 18 m/s, Kəlvəz, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda arabir 23 m/s, Binədə 18 m/s, Qum adası, Pirallahıda 15 m/s-dək güclənib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37