Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatıb, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mayın 20-si saat 17:00-a olan məlumata əsasən Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Lənkəran, Astara, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış, Şahdağda qar yağıb.

Saat 16:25-16:32 radələrində Gədəbəy rayonunun Söyüdlü, Qarabağ, Pirqulu kəndlərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçalada 20 m/s, Ağdam, Gəncə, Tərtərdə 18 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 30 m/s, Neft Daşlarında 21 m/s, Ələt, Pirallahıda 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarındək davam edəcək.

21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20