Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, küləkli, yağıntılı olub.

Qeyd olunub ki, intensiv yağıntılar Böyük Qafqazın bəzi yerlərində 15-21 mm-dək qeydə alınıb: "Şimal-qərb küləyi bəzi bölgələrdə 25-30 m/s, Bakıda və Abşeron yarımadasında isə 25 m/s-dək güclənib. Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürəti 15-20 m/s, arabir 25-30 m/s olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək.

Mayın 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38