Faktiki hava açıqlanıb

Noyabrın 17-si saat 16:00-a olan məlumata əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Naxçıvan, Şərur, Culfa, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Qobustan, Sabirabad, Ağsu, Ağdam, Xaçmaz, Cəfərxanda yağış, Qusar, Xınalıq, Şahdağ, Qrız, Göygöl və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, şimal-qərb küləyi Göyçayda 22 m/s, Mingəçevirdə 21 m/s, Zərdab, Ceyrançöldə 18 m/s, Astara, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 15 dərəcəyədək, Aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37