Bir çox əraziyə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 13-ü saat 15:00-a olan məlumata əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, neft daşları, Şahbuz, Daşkəsən, Naftalan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37