Hava qeyri-sabit keçib, yağış və qar yağıb

Noyabrın 11-nə olan məlumata əsasən noyabrın 10-da ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, noyabrın 10-da axşam saatlarından güclü külək tədricən zəifləyib, 11-də səhər saatlarından yağıntılar kəsilib.

Düşən yağıntının miqdarı Astarada 45 mm (aylıq normanın 29%-i), Lənkəranda 24 mm (aylıq normanın 14%-i), Yardımlı, Xaltan, Altıağac, Lerik, Qəbələ, Zaqatala, Qax, Qrız, Naxçıvan, Oğuz, Şəki, Quba, Şamaxı, İsmayıllı, Biləsuvar, Ağsu, Şahdağ, Mingəçevir, Sabirabadda 6 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub. Şamaxı, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.

Noyabrın 11-də və 12-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37