Bakı və bəzi rayonlara yağış, Şahdağa isə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 13:00-a olan məlumatına əsasən, Azərbaycanda yağıntılı hava şəraiti davam edir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xaltan, Xaçmaz, İmişli, Sabirabad, Şamaxı, Altıağac, Yardımlı, Lerik, Kürdəmir, Zərdab, İsmayıllı, Ağsu, Yevlax, Hacıqabul, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Ağdam, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Oğuz, Qobustan, Quba, Qusarda yağış, Şahdağda isə qar yağır.

Ordubad, Sədərək, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Xızı, Qusar, Quba, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur.

Azərbaycanda dekabrın 10-u saat 9:00-a olan məlumata əsasən, yağıntılı hava şəraiti davam edir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli, intensivdir. Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Şahdağda qar yağır.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 3, Şahdağda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 21, Biləsuvar, Lənkaranda 20, Lerikdə 18, Yardımlı, Gədəbəydə 13, Neftçalada 11, Bakıda və Abşeron yarımadasında 9, Zaqatala, Naxçıvan, Balakəndə 7, Ağdam, Beyləqan, Şirvan, Zərdabda 6, Sədərək, Şərur, Altıağac (Xızı), Qax, İsmayıllı, İmişlidə 5, Ordubad, Culfa, Quba, Sabirabad, Ağstafa, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Tərtər, Şəki, Şahbuz, Yevlax, Oğuz, Qəbələ, Naftalan, Bərdə, Tovuz, Beyləqan, Şabran, Kürdəmir, Şəmkir, Daşkəsən, Göygöl, Ceyrançöl, Göyçay, Qobustan, Xaltan, Şamaxı, Goranboy, Mingəçevir, Gəncə, Xaçmaz, Qusarda 4 mm-dək qeydə alınıb.

Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Gəncə, Şəmkir, Tovuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Xızı, Naftalan, Quba, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmirdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

Digər xəbərlər

Sabah leysan yağacaq 09 dekabr, 2025 / 12:56
Sabah Bakıda yağış yağacaq 05 dekabr, 2025 / 12:24