Faiq Mütəllimov: Azərbaycan yaşıllaşdırma ilə bağlı genişmiqyaslı təşəbbüslər irəli sürüb

Azərbaycan ağacların əkilməsi və ölkənin yaşıllaşdırılması istiqamətində genişmiqyaslı təşəbbüslər irəli sürüb.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Zəngilanda keçirilən “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 270 min hektar meşə sahəsini bərpa etməyi öhdəsinə götürüb:

“2023-cü ildə 4 milyona yaxın ting əkmişik, 2024-cü ildə isə bu rəqəmi daha 5 milyona çatdırmağı planlaşdırırıq”.

O, belə layihələrin həyata keçirilməsi üçün tullantı sularının təmizlənməsi və dəniz suyunun duzsuzlaşdırılması kimi innovativ suvarma üsullarının vacibliyini qeyd edib.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24