Əziz Qaralov: "Badamdar sürüşmə zonasının sağ və sol hissəsində xırda çatlar əmələ gəlib"

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasının sağ və sol hissəsində xırda çatlar əmələ gəlib. Hazırda gərginlik davam etməkdədir".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd edib ki, yaxın bir-iki aya prosesin başa çatacağı gözlənilir: "Bu gün yağan yağış da sürüşməyə təsir edib, xırda uçqunlar olub. Hazırda müşahidələrimiz davam etdirilir".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24