ETSN şadlıq saraylarında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

"Havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ictimai-iaşə obyektlərində keçirilmiş monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlərin nəticəsi olaraq deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb".

Bu barədə "Report"a nazirliyin Mətbuat xidmətindən bildirilib.

Əlavə olunub ki, bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması müşahidə olunduğundan ictimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib: "Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.

Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan “məcburi göstəriş”lər verilib".

Monitorinqlər davam etdirilir.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24