Qubada meşələrin 500 hektarı yanıb, yanğın lokallaşdırılıb

Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.

"Report" xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur:

"Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

Qeyd edək ki, Quba rayonunda yanğınlar bir neçə meşəni əhatə edib.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37