Umayra Tağıyeva: "Quba, Göygöl, Gəncəyə yağış, Balakənə 24 mm-lik dolu yağıb"

Bu gün saat 20.00-a olan məlumata əsasən Quba, Göygöl, Gəncəyə yağış yağıb.

Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə Daşkəsən, Naxçıvan, Lənkəran, Astara,Yardımlı, Biləsuvar, Şamaxıda şimşək çaxıb: "Balakən rayonunda saat 20:02-dən 20:08-ədək bir neçə dəqiqə ərzində dolu muşahidə edilib. Dolunun diametri 24 mm təşkil edir".

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22