ETSN plastik tullantıların təkrar istehsalı ilə bağlı təkliflər hazırlayacaq

Bakı. 8 iyun. REPORT.AZ/ "Azərbaycanda plastik qablar və polietilen torbaların istehsalı var. Ancaq təəssüflər ki, bu məhsullar ölkəmizdə istehsal olunsa da, istifadə edildikdən sonra geri alınmır". 

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib. 

Onun sözlərinə görə, Azərbaycanda plastik tullantıların geri alınması, yenidən istehsalı mexanizmi qurulmayıb: "Plastik qablar və torbalar təkrar istehsal olunmadığından onların sayı durmadan artır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu problemlə əlaqədar yaxın gələcəkdə təkliflər hazırlayacaq". 

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19