ETSN neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Abşeron yarımadasında neft və digər maddələrlə çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi layihəsi çərçivəsində Amec Foster Wheeler şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Görüşdə neftlə və digər maddələrlə çirklənmiş ərazilər haqqında müzakirələr aparılıb.

Tədbirdə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, İtaliya şirkətinin ətraf mühit üzrə mütəxəssisləri və ETSN-nin nümayəndələri iştirak edib.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22