ETSN: Masallıda qanunsuz ağac kəsən şəxsin müəyyənləşdirilməsi üçün tədbirlər görülür

Bakı. 4 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı növbəti reyd keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Masallı Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı ərazidə yaş köküstə 36 sm diametrliyində 1 ədəd şam ağacının qanunvericiliyə zidd olaraq kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 700 manat ziyan dəydiyi məlum olub.

Hazırda qanun pozucusunun müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülür.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02