ETSN: "Kürün Mingəçevirdən keçən hissəsi tullantılardan təmizlənib"

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinə məişət tullantılarının atılması ilə bağlı mətbuatda yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb:

"Çayın üzərindəki tullantılar əməkdaşlarımızın nəzarəti altında Mingəçevir Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Kombinata məcburi göstəriş verilib”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37