ETSN-in mətbuat katibi: "Mağazalarda təklif olunan məhsulların 99 faizi "pinqvin" torbalarda qablaşdırılır"

Bakı. 30 noyabr. REPORT.AZ/ "Bu gün mağazalarda təklif olunan məhsulların 99 faizi "pinqvin" adlandırılan sellofan torbalarda qablaşdırılır".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, əvvəllər bazarlarda yalnız kağız torbalardan istifadə olunurdu və alıcılar da ipdən toxunan, parçadan hazırlanan, yaxud həsir tipli zənbillərdən istifadə edirdi: "Mağazalarda da ərzaq məhsulu alanda onu kağıza büküb alıcıya verirdilər. Sonradan kağızı da, parçanı da, həsiri də sellofan torbalar əvəz etdi. Bu gün mağazalarda təklif olunan məhsulların 99 faizi "pinqvin" adlandırılan sellofan torbalarda qablaşdırılır ki, bu da təkcə insan sağlamlığına deyil, ətraf mühitə, flora və faunaya da təhlükə yaradır. Bu torbaların təbiətə vurduğu zərər hesaba gəlməyəcək qədər çoxdur. Təmiz ətraf mühit üçün sellafon torbalardan imtina etməli, kağız və parça torbalara geri dönməli, alış-verişlərdə həsir zənbillərdən istifadə etməliyik. Bununla da ətraf mühitin qorunmasına mühüm bir addım atmış olacağıq".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38