ETSN: Havanın isti və küləkli olması Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsində çətinliklər yaradır

Bakı. 30 iyul. REPORT.AZ/ Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları və aviasiya dəstəsinin qüvvələri tərəfindən operativ tədbirlər görülür. Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb olunmasında çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilir. Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır.

Qeyd edək ki, yanğının baş verməsində təqsirkar olan şəxslərin tapılması və qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə, biçənək sahələrini yandırmamağa çağırır.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24