ETSN: Gəncə-Yevlax avtomobil yolunun kənarındakı 35 ağac kökündən çıxarılaraq aparılıb

Bakı. 8 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Gəncə-Yevlax magistral avtomobil yolunun kənarında yaş köküstə 3-4 sm diametrliyində 35 ədəd şam ağacının kökündən çıxarılaraq aparıldığı aşkar olunub. Faktla bağlı akt tərtib edilib və təbiətə 8400 manat ziyan dəydiyi məlum olub.

Ağacların kim tərəfindən çıxarılaraq aparıldığının müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinə göndərilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02