ETSN əməkdaşları qanunsuz ovlanmış 2 baş cüyür aşkarlayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı meşə ərazisində “Niva” markalı 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı qanun pozucularının Şəki rayon Baş Kəldək kənd sakinləri Dağlar Hüseynov, Telman Məmmədov və oğlu Alim Məmmədovun olduğu müəyyən edilib. Təqsirkar şəxslər barəsində protokollar tərtib olunub və hazırda onların məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24