ETSN: Dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 20:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb. 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, Sumqayıtda 22 м/s, Maştağada 38 m/s, Qum adasında 33m/s, Cilov adasında 24 m/s, Neft daşlarında 26 m/s-dək güclənib, dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatır.

Azərbaycanın rayonlarında küləyin sürəti, Neftçalada 33 m/s-dək güclənib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24