ETSN-də Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə bağlı görüləcək işlər müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 2022-ci ilin yekununa və 2023-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə "Report"a ETSN-dən məlumat verilib.

Bildirilib ki, iclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində hidrometeoroloji şəbəkənin bərpası, erkən xəbərdarlıq sistemi ilə bağlı görülən işlər, meşəbərpa və yeni yaşıllıqların salınması məqsədilə nəzərdə tutulmuş tədbirlər müzakirə olunub, eyni zamanda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı görüləcək işlər və ilin yekununa dair hesabatlar dinlənilib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20