ETSN-də karyera yüksəlişi ilə bağlı qaydalar təsdiq olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) qeyri-dövlət quluğu sahəsində də karyera yüksəlişi ilə bağlı qaydalar təsdiq olunacaq.

“Report” xəbər verir ki, bunu Nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli "Facebook" üzərindən yayımlanan “Ekspert saatı" verilişində deyib.

Onun sözlərinə görə, bu qaydalar ehtiyat kadrların formalaşdırılması üçündür: "Qaydalar, demək olar, yekunlaşmaq mərhələsindədir. Burada prioritet vəzifələrin müəyyənləşdirilməsi, onlara davamçıların hazırlanması, təcrübə və inkişaf proqramlarının qaydaları olacaq".

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22