ETSN-də ilin yekunlarına və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 2023-cü ilin yekunlarına və 2024-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini iştirak edib.

Kollegiya iclasında 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş mühüm töhfə olduğu bildirilib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının növbəti ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlər və ölkə ərazisində yaşıllıq sahələrinin artırılması, eyni zamanda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər və gündəlikdə duran digər məsələlər barədə məlumat verilib, ilin yekununa dair hesabatlar dinlənilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24