Azərbaycanla Hindistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Hindistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq müzakirə olunub.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.

Bildirilib ki, Hindistanın xarici işlər nazirinin müavini Sancay Verma ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Görüşdə “Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” çərçivəsində qarşıda duran vəzifələr, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19