ETSN: Daş karxanaları hava qatını zəhərləyir, oksigen çatışmazlığı yaradır

Bakı. 8 noyabr. REPORT.AZ/ "Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Bakı ətrafında yerləşən 208 daş karxanasında monitorinq aparıb".

"Report" xəbər verir ki, bunu "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusunda "dəyirmi masa"da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal, Analitik Elmi və Tədqiqatlar Mərkəzinin direktoru Mürsəl Əliyev deyib. 

O bildirib ki, monitorinqin məqsədi qanunsuz fəaliyyət göstərən daş karxanalarını müəyyən etmək, bu sahədə yol verilən pozuntuları aşkarlamaqdır: "Monitorinqlərimiz bitəndən sonra aşkarlanan pozuntularla bağlı 105 akt tərtib edib prokurorluğa göndərmişik". 

M.Əliyev sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmayan karxanaların fəaliyyəti ətraf mühitə böyük ziyan vurur: "Hava qatı zərərli tozlarla örtülür, oksigen çatışmazlığı yaranır, o cümlədən torpaqların üst münbit qatı korlanır. Daş karxanalarının sahibləri fəaliyyətlərini ekoloji prinsiplər əsasında qurmağa çalışmalıdırlar" .

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38