ETSN Bakıda tozlu havanın neçə gün davam edəcəyini açıqlayıb

Havada toz dumanı davam edir

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5,1 dəfə yüksək qeydə alınıb.
Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58