ETSN: Bakıda havada tozun miqdarı normadan 2.5-3 dəfə çoxdur

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən bildirilib. 

Məlumata görə, mütəxəssislərinin apardığı monitorinqlərin nəticələr göstərir ki, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir. Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20