Agentlik sədri: "Bakı küçələrindəki bulaqlar yığışdırıldı, indi ağaclar susuz qalıb"

"Əvvəllər Bakının hər küçəsində bulaqlar vardı. Sonradan yığışdırıldı. İndi paytaxt küçələrindəki ağaclar susuz qalıb. Belə olmaz".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında yaşıllıqların salınması və qorunması ilə bağlı yeni qanuna və ya qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var.

M.Qənbərov qeyd edib ki, bununla bağlı müvafiq qurumlara müraciət olunub: "Qanunla yaşıllıqların yaradılmasına xüsusi yanaşılmalıdır. Bakıda və Abşeron yarımadasında ağaclara Lənkərandakı kimi yanaşılmamalıdır. Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37